Kommersiya obyektləri bazarında fevral ayına olan satış və icarə qiymətləri

Bаzаrın ümumi tеndеnsiyаsı

Son fevral ayı ərzində qeyri-yaşayış sahələri bazarında "MBA Consulting Group" tərəfindən aparılan monitorinqin nəticələrinə görə, cari ilin əvvəlki yanvar ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qaldı ki, buna da əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərmək olar. Ümumilikdə fevral ayı ərzində qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib. Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar.  Ötən ayda olduğu kimi bu ay da, kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib və nəticə etibarı olaraq bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında ötən aya nisbətən bir qədər də azalma olub. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qеyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa еdilən binaların 1-ci və 2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 20.5% artaraq 79 ədəddən 95 ədədə qalxmışdır.

Aylar üzrə təklif həcminin dinamikası

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 45.5%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər bazarda müvafiq olaraq 38.2% və 10.9% paya sahibdirlər. Satışda olan ofis və zirzəmi təyinatlı yerlərin birgə sayı isə ümumi payın 5.4%-nə malikdir. 

Seqmentlər üzrə təklifin strukturu

Qeyri-yaşayış obyektlərinin orta sahəsi fevral ayı üçün 174.38 kv.m təşkil etmişdir ki, bu da öz növbəsində ötən aya nisbətən 14.1% azalıb. Sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Binəqədi rayonunda, 8-ci mkr qəsəbəsində, “boş yer” təyinatlı xidmət sahəsi qeydə alınmışdır, 1730 kv.m. Ən az sahəyə isə Nəsimi rayonunda, 3-cü mkr qəsəbəsində 10 kv.m sahəyə malik olan “boş yer” təyinatlı xidmət sahəsi qeydə alınmıışdır.

 

Kommersiya obyektlərinin orta sahəsi

Kommersiya bazarında təklif edilən orta qiymətlər

 

Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta satış qiymətinə gəldikdə isə, son fevral ayında -2.61% azalma qeydə alınıb. Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti 2877 $ olduğu halda, bu rəqəm fevral ayında 2802 $ olub.  Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması “mağaza” təyinatlı obyektlərdə

müşahidə edilib. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 3235 $ olduğu halda, fevral ayında təklif qiyməti -3.2% azalaraq 3130 $ bəndində qərarlaşıb. Nisbətən qiymət artımı isə “xidmət” təyinatlı obyektlərdə qeydə alınıb. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 2244 $ olduğu halda, fevral ayında təklif qiyməti 1.3% artaraq 2273 $ bəndində qərarlaşıb. Kommersiya obyektlərinin digər seqmentləri üzrə isə təklif qiymətləri aşağıdakı kimi olmuşdur.

 

Təklif qiyməti USD/kv.m

Yuxardakı cədvəllərdən də göründüyü kimi, qeyri-yaşayış sahələrinin müxtəlif seqmentləri arasında ən baha qiymət mağaza təyinatlı obyektlərdə qeydə alınıb. Qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:

Bakı şəhərində qеyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil еtdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. Azalma hər bir zona üzrə müşahidə edilmişdir, müvafiq olaraq -3.1%, -2.8%, -3.8% və -5.5%. 

Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması, ekspozisiya müddətinin dəyişməz olaraq qalmasına səbəb olmuşdur. Yanvar ayında olduğu kimi, fevral ayında da ekspozisiya müddəti 335 gün təşkil edir. Ötən ilin müvafiq ayı ilə müqayisədə Bakı şəhəri üzrə kommersiya obyektləri bazarında qiymət indеksində azalma -36.6%, ötən ayla müqayisədə isə qiymət indеksində azalma -2.6% olub.


Kommersiya obyektləri bazarında icarə qiymətləri

Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta icarə qiymətinə gəldikdə isə, son fevral ayında -5.24% azalma qeydə alınıb. Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta icarə qiyməti 10.49 $ olduğu halda, bu rəqəm fevral ayında 9.94 $ olub.  Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması “mağaza” xə “xidmət” təyinatlı obyektlərdə müşahidə edilib. Nisbətən qiymət artımı isə “ofis” təyinatlı obyektlərdə qeydə alınıb. Kommersiya obyektlərinin seqmentlər üzrə  təklif edilən icarə qiymətləri aşağıdakı kimi olmuşdur.


“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu.