Torpaq bazarı üzrə aylıq hesabat

Torpaq bazarında dəyişikliklər

 

Fevralda bazara təklif olunan ümumi 32,41 ha torpaq sahəsinin 58,1%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin artması və şəhərin kənarında torpaq sahələrinə tələbin artımı bazarda orta qiymət artmasının qarşısını ala bilməyib (3.62%). Torpaq bazarında qiymət indeksi yanvar ayındakı ciddi enişdən sonra 5.4 həddindən artaraq 5.6 bəndində qərarlaşıb.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası fevral ayında tikinti tempinin artımı hesabına nisbətən güclənib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən nisbi şəkildə müsbətə doğru dəyişib.

 

Tam versiyanı yüklə