Kommersiya obyektləri bazarı, I rüb 2017

Satış üzrə orta təklif qiymətləri

Əmlak bazarına satış məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta satış qiymətləri 2017-ci ilin I rübü üzrə 1699 $/kv.m qeydə alınıb ki, bu da öz növbəsində 2016-cı ilin IV rübü ilə müqayisədə 3.7% ucuzdur.

Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox qiymət dəyişikliyinə “xidmət” təyinatlı obyektlər məruz qalıb. Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 4.3% azalaraq 1760 $/kv.m təşkil edib. Digər seqmentlərə gəldikdə isə “mağaza” təyinatlı obyektlərdə qiymətlər 3.8% azalaraq 2483 $/kv.m, “boş yer” təyinatlı obyektlərdə qiymətlər 3.1% azalaraq 1851 $/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 0.9% azalaraq 1234 $/kv.m, “zirzəmi” və “sənaye” təyinatlı obyektlərdə isə qiymətlər müvafiq olaraq 3.0% və 2.5% azalaraq ayrı-ayrılıqda 526 $/kv.m və 504 $/kv.m bəndində qərarlaşıb.

 

TAM VERSİYANI YÜKLƏ